Alvesdən “banan əfvi”
05.05.2014 - 20:23
Alvesdən “banan əfvi”

“Barselona”nın oyunçusu Daniel Alves ona banan atan azarkeşi əfv etməyə çağırıb. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu həmin şəxsin tərbiyə edilməsinin daha düzgün olduğunu bildirib.

 

İnsident “Barselona” ilə “Viyarreal” arasında oyun zamanı baş verib. Azarkeşlərdən biri künc zərbəsi yerinə yetirməyə hazırlaşan Alvesə banan atıb. Futbolçu isə bananı yerdən qaldıraraq təmizləyib və yeyib. Sonradan məlum olub ki, bananı atan 26 yaşlı David Kampayo Leo olub. Ona “Vilyarreal”ın El Madriqal stadionuna gəlmək ömürlük qadağan edilib. Polis isə azarkeşi həbs edib.

 

Alves azarkeşin mütləq cəzalanmalı olduğunu bildirib: “Əlbəttə, bunun örnək olmaması üçün mütləq cəza olmalıdır. Amma pisliyə pisliklə cavab verilməsinin düzgün olmadığını düşünürəm. İnsanları belə üsullar olmadan da tərbiyələndirmək olar. Güclü o şəxsdir ki, bağışlaya bilir”.