Amerikalılar Premyer Liqa klubunu satın almaq istəyirlər
23.12.2015 - 21:55
Premyer Liqa təmsilçisi “Everton”un səhmləri satıla bilər. Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri “The Telegraph” yayıb.
Klubun idarə heyətinin sədri Bill Kenrayt komadanı amerikalılara satmaq istəyir. Belə ki, ABŞ-da “San-Dieqo” beyzbol klubunun keçmiş idarəçiləri Con Murs və Çarlz Noell belə bir təkliflə çıxış ediblər.
Mümkün satışın dəyəri 200 milyon funtla qiymətləndirilir.
Qeyd edək ki, bu iki biznesmen daha əvvəl “Suonsi”ni almaq üçün də cəhd etmişdilər.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0