Amit Quluzadə oynadı, komandası darmadağına üzüldü
15.02.2015 - 01:10
Amit Quluzadə oynadı, komandası darmadağına üzüldü

Portuqaliya çempionatının II Liqasında (Segunda Liga) XXVII turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Amit Quluzadənin formasını geyindiyi "Atletiko" səfərdə “Gimaraynş B” ilə qarşılaşıb.

 

Qarşılaşmada meydan sahibləri 4:0 hesabı ilə qələbə qazanıb.

 

Bu görüşdə Quluzadə oyunun 79-cu dəqiqəsində meydana çıxıb.

 

Qeyd edək ki, "Atletiko" hazırda 27 xalla 20-ci yerdə qərarlaşıb.