Anar Bəkirov: Lisenziyanın önəmi yoxdur
08.05.2014 - 14:32
Anar Bəkirov: Lisenziyanın önəmi yoxdur

“Komandamız avrokuboklarda mübarizə aparmayacağı üçün lisenziyanın da bir önəmi yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun prezidenti Anar Bəkirov deyib. Klub rəsmisi avrokuboklarda oynamaq şansları olmadığı üçün lazımı sənədləri hazırlamadıqlarını bildirib:

 

“Lisenziyanı almaq üçün müəyyən şərtlər var idi ki, onlar yerinə yetirilməli və bəzi sənədlər hazırlanmalı idi. Amma komandanın avrokubok yarışlarında oynamaq şansı olmadığı üçün biz sənədləri hazırlamadıq. Əgər bir az da olsa, şansımız qalsaydı, bunu edərdik”.