Anası xəstə olduğu üçün “Qəbələ”nin toplanışına qatılmır
20.06.2014 - 12:54
Anası xəstə olduğu üçün “Qəbələ”nin toplanışına qatılmır

Serbiyalı hücumçu Daniyel Subotiçin “Qəbələ”nin Avstriya toplanışına gəlməməsinin səbəbi bilinib. Klubun meneceri Səbuhi Səfiyarlının apasport.az saytına verdiyi xəbərə görə, onun hələ də düşərgəyə qoşulmaması ailəsi ilə bağlıdır.

 

Belə ki, ötən mövsüm çempionatda 12 qol vurmaqla “Qəbələ”nin bombardiri olmuş Subotiçin anası ağır xəstədir. Bu üzdən futbolçu yaşadığı İsveçrədən Avstriyaya gələ bilmir.

 

Qeyd edək ki, Viktor Mendi ilə Daniyel Subotiçin “Qəbələ” ilə müqaviləsinin müddəti başa çatıb. Artıq seneqallı hücumçu komandanın Avstriya hazırlıqlarına qoşulub və yaxın günlərdə onunla müqavilə bağlanılacağı gözlənilir.   

0