Ançelotti “Mançester Yunayted”in 18 milyon avrosundan imtina edib
06.05.2014 - 19:56
Ançelotti “Mançester Yunayted”in 18 milyon avrosundan imtina edib

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti “Mançester Yunayted”ə keçmək təklifindən imtina edib. Apasportöaz saytının İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə. İtaliyalı mütəxəssisin qərarına hətta təklif olunan yüksək məvacib belə təsir etməyib.

 

“MY” Ançelottiyə ildə 18 milyon avro təklif edib. Ançelotti bu təklifi qəbul etsəydi, dünyanın ən yüksək məvacib alanan məşqçisinə çevriləcəkdi. Hazırda dünyanın ən çox məvacib alan məşqçisi Xoçep Qvardioladır. İspaniyalı mütəxəssis “Bavariya”da ildə 17 milyon avro qazanır.