“Real”ın baş məşqçisi Karlo Ançelotti hələ də çempionluq şanslarının qaldığını bildirib. Apasport.az saytının məlumatına görə, baş məşqçi titul uğrunda mübarizəni davam etdirəcəklərini qeyd edib.
Onun fikrincə, La Liqanın taleyinin son turlarda həll olunacağı əvvəlcədən görünürmüş: “Son turda bütün liderlər xal itirdilər. Çempionluq məsələsi açıq qalır. Bizim vəziyyətimizi düzəltmək şansımız vardı. İlk 15 dəqiqəni yaxşı oynadıq, vəziyyətlər yaratdıq. “Valensiya” avrokubok oyununa bizdən sonra çıxmışdı. Yorğun idilər. Amma bu oyun onlara heç nə vermirdi deyə, psixoloji üstünlükləri vardı. Biz hesabdan narazıyıq. Buna baxmayaraq, mübarizəni davam etdirəcəyik. Bu bizim hədəfimizdir”.