Ançelotti və Mourinyo “Mançester Yunayted”dən imtina etdilər
26.04.2014 - 05:23
Ançelotti və Mourinyo “Mançester Yunayted”dən imtina etdilər

 

“Real Madrid” və “Çelsi” klublarının baş məşqçiləri Karlo Ançelotti və Joze Mourinyo “Mançester Yunayted”ə keçəcəkləri ilə bağlı informasiyanı şərh ediblər. Apasport.az saytının məlumatına görə, hər iki baş məşqçi xəbəri təkzib edib.

 

Ançelotti Madriddə hər şeydən razı olduğunu vurğulayıb: “Mən dünyanın ən yaxşı komandasında işlədiyimə görə xoşbəxtəm. “Mançester Yunayted”ə hörmətlə yanaşıram. Amma mənim yerim buradadır və mən “Real”da işləməkdə davam edirəm”.

 

Mourinyo da “Çelsi” azarkeşlərini narahat olmamağa çağırıb: “Belə bir fikrin kimin başına və necə gəldiyini anlaya bilmirəm. Mən “Real”ı ancaq “Çelsi”yə görə tərk etmişəm. Mənim 4 illik müqaviləm var. Getmək istəmirəm. Mənə “get” deyilənə qədər buradayam. Heç bir işlə məni bir daha “Çelsi”dən ayırmaq olmaz”.