[b]Braziliyalı futbolçu "Simurq"dan pulunu ala bilmir [/b]
15.07.2014 - 19:26
“Simurq” mənə təklif göndərəcəyini demişdi. Amma hələ ki, bir xəbər yoxdur”. Bunu apasport.az saytına açıqlamasında braziliyalı müdafiəçi Anderson Oliveyra deyib.
“Simurq”la müqaviləsi başa çatan 33 yaşlı futbolçu Zaqatala klubundan son ayın maaşını da ala bilmədiyini söyləyib: “Onlar bütün futbolçuların maaşların veriblər. Amma mənim may ayı üçün almalı olduğum məbləğ verilməyib. Bunun da səbəbini bilmirəm. Guya ki, yenidən komandaya çağıracaqdılar. Heç kim mənimlə əlaqə saxlamayıb. Mən “Simurq” üçün çox şey etdim. Amma nə olsun? Gözləyirəm, görək nə olacaq”.
0
0