Andre Şürrle yeni klubunda məşqə çıxdı
03.02.2015 - 22:09
“Çelsi”dən “Volfsburq”a keçən Andre Şürrle yeni klubunda ilk məqşə çıxıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi Almaniya təmsilçisinin heyətində güclü qar altında məşq edib.
Xatırladaq ki, “Volfsburq” Şürrle üçün londonlulara 32 milyon avro ödəyib.
0
0