Yay fasiləsində Samuel Etonu transfer edərək bütün Avropanı təəccübləndirən “Antalyaspor” daha bir ulduz futbolçunu heyətinə qatmağa hazırlaşır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Antalya klubu Andrea Pirlo ilə anlaşmağa çox yaxındı.
Bu barədə xəbəri klub prezidenti Gültekin Gencer verib. O, hətta Stiven Cerrardı da Türkiyəyə gətirəcəklərini istisna etməyib: “Gələn ay ABŞ-da mövsüm başa çatacaq və uzunmüddətli fasilə yaranacaq. Pirlo da bizimlə söhbətdə 8 oyunluq Türkiyəyə gəlməyə hazır olduğunu bildirdi. Onunla ilkin razılıq əldə etmişik. İstəsək, MLS-də oynayan digər tanınmış futbolçu Stiven Cerrardı da gətirərik. “Antalyaspor” bir çox ulduz oyunçunu heyətinə qatacaq gücdədi”.
Pirlonun 8 oyun üçün “Antalyaspor”dan 2 milyon avro istədiyi vurğulanıb.
Qeyd edək ki, yayda “Yuventus”dan ayrılan Pirlo hazırda ABŞ-ın “Nyu York Siti” klubunda çıxış edir. Cerrard isə MLS-in digər təmsilçisi “Los Anceles Qalaksi”nin formasını geyinir.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI