Ukrayna yığmasının məşqçilər korpusuna daha bir mütəxəssisin adı əlavə olunub. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, əfsanəvi futbolçu Andrey Şevçenko bundan sonra millidə köməkçi məşqçi funksiyasını yerinə yetirəcək.
Şevanın komandaya yalnız AVRO-2016-nın final mərhələsində kömək etməsi gözlənilir. Onun gəlişindən sonra isə Aleksandr Zavarovun vəzifəsindən getməsi xəbərləri gündəmə gəlib. Doğrudu, Zavarov yığmanı tərk etmək fikrində olmadığını bildirib. Lakin onun bəzi açıqlamaları yerli federasiyanı narahat edir və onlar Zavarovla sağollaşmaq fikrindədi.
Qeyd edək ki, Ukrayna yığmasının baş məşqçisi Mixail Fomenkodu.