Ansi Aqolli lazım olmadı
09.06.2014 - 13:25
Ansi Aqolli lazım olmadı

“Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin çıxış etdiyi Albaniya yığması yoxlama oyunun keçirib. Apasport.az saytının xəbərinə görə, albanlar San-Marinonun Serravalle şəhərində yerli yığmanın qonağı olub.

 

Görüş Albaniya yığmasının “cırtdanlar” üzərində 3:0 hesablı qələbəsi ilə başa çatıb. İtaliyalı baş məşqçi Canni de Biasi bu matçda evləndiyi üçün icazə alan kapitan Lorik Kana da daxil olmaqla, 6 futbolçuya istirahət verib. Bunların arasında Aqolli də olub.

 

Qeyd edək ki, Albaniya yığması mayın 31-də İsveçrədə Rumıniya millisi (0:1), iyunun 4-də isə Budapeştdə Macarıstanla (0:1) qarşılaşmışdı. Millisinin “7” nömrəsi olan Ansi Aqolli hər iki görüşdə start heyətində meydana çıxmışdı.