Antonio Konte ingilis klubunun təklifini niyə rədd edib?
06.02.2015 - 22:16
Antonio Konte ingilis klubunun təklifini niyə rədd edib?

AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan İtaliya yığmasının baş məşqçisi Antonio Konte “Skuadra Adzurra”nın “sükanı arxası”na keçməmişdən əvvəl İngiltərə Premyer Liqasından təklif alıb. Apasport.az saytının məlumatına görə, bu haqda yerli mətbuata təcrübəli mütəxəssisin özü bildirib.

 

Konte “Dumanlı Albion”u A seriyasından üstün tutub: “Keçən il mənə bir neçə komandadan təklif gəldi. Onlar arasında İngiltərnin məşhur klubları da var idi. Lakin həmin komandaya hörmət əlaməti olaraq, onun adını açıqlamayacam. Bu haqda heç kəsə də danışmamışam. Mən ingilislərə rədd cavabı verib, “Yuventus”da qalmağa üstünlük verdim. Bu hadisə artıq geridə qaldı”.

 

Xatırladaq, Konte DÇ-2014-dən sonra İtaliya yığmasına başçılıq edir. O, Çezare Prandellini əvəzləyib.