Aqil Məmmədov: Bunun üçün bütün gücümüzü sərf edəcəyik
02.06.2015 - 19:58
Aqil Məmmədov: Bunun üçün bütün gücümüzü sərf edəcəyik

Sabah “Neftçi” və “Qarabağ” arasında baş tutacaq Azərbaycan Kubokunun final oyunu öncəsi hər iki komandanın baş məşqçiləri və kapitanları mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıblar. Apasport.az saytının məlumatına görə, sabahkı oyunda “Neftçi”nin kapitanı kimi meydana çıxacaq qapıçı Aqil Məmmədov da oyun haqqında düşüncələrini açıqlayıb.

 

Maraqlı oyun olacağını deyən qapıçı, bütün güclərini sərf edib qələbə qazanmaq istədiklərini vurğulayıb:

 

“Hamı üçün maraqlı oyun olacaq. Çalışacağıq qələbə qazanaq. Bunun üçün bütün gücümüzü sərf edəcəyik”.