Aqil Nəbiyev “Sumqayıt”la müqaviləsini pozdu
09.08.2014 - 19:33
Yeni mövsümün ilk turunda "Qarabağ"ı qəbul edəcək "Sumqayıt"da matç öncəsi ayrılıq yaşanıb. Apasport.az saytının xəbərinə görə millimizin sabiq müdafiəisi Aqil Nəbiyev komandanı tərk edib.
Buna səbəb müdafiəçinin "kimyaçılar"a uyğunlaşa bilməməsi olub. Aqilin yerinə futbolçu transfer edilməsi istisna deyil.
Qeyd edək ki, Nəbiyev "Sumqayıt"la bir illik müqavilə imzalamışdı.
0
0