Aquero Argentinaya kömək etmək şanslarını saxlayır
01.07.2014 - 05:47
Argentina millisinin hücumçusu Serxio Aquero dünya çempionatının həlledici oyunlarında komandasına kömək etmək şanslarını saxlayır. Apasport.az saytının məlumatına görə, həkimlər onu komandaya qaytarmaq üçün bütün mümkün vasitələrdən istifadə edirlər.
Hücumçu qrup mərhələsinin Nigeriyaya qarşı oyunda ciddi zədələnib. Bundan öncə onun daha dünya çempionatında Argentina millisinə kömək edə bilməyəcəyi iddia olunurdu. İndi isə yığmanın həkimlər qərargahının rəhbəri Daniel Martines futbolçunun pley-off mərhələsinə kimi sıraya qayıtmaq şanslarının olduğunu bəyan edib.
0
0