Aquero Hollandiya ilə oyuna çıxacaq
07.07.2014 - 22:50
Argentina millisinin hücumçusu Serxio Aquero Hollandiya ilə yarımfinal matçı öncəsi yığmanın sıralarına qayıdıb. Apasport.az saytının məlumatına görə, futbolçunun zədəsinin tam sağaldığı bildirilir.
Aquero qrup turnirində Nigeriya ilə oyunda zədələnib. Həkimlər dünya çempionatının artıq onun üçün bitdiyini iddia edirdilər. Amma futbolçu zədəsini sağalda bilib. O, komandanın son məşqinə çıxıb və heç bir problem hiss etməyib.
Xatırladaq ki, Hollandiya-Argentina matçı iyulun 10-da keçiriləcək.
0
0