[b]Araz Abdullayev əvəzedici komandaya göndərildi[/b]
18.10.2014 - 13:16
[b]Araz Abdullayev əvəzedici komandaya göndərildi[/b]

Bu gün “Neftçi”nin klubdaxili iclası keçirilib. Apasport.az saytının məlumatına görə, komanda rəhbərliyi və məşqçilər heyətinin iştirakı ilə baş tutmuş toplantıda “Sumqayıt” - “Neftçi” oyununda intizamsız davranışa yol verən futbolçu Araz Abdullayevin cəzalandırılması ilə bağlı qərar qəbul edilib.

 

Klubdaxili nizam-intizam qaydalarını pozan yarımmüdafiəçi baş məşqçi Arif Əsədovun təqdimatına əsasən əvəzedici komandaya göndərilib. Bu gün keçirilmiş məşqdən öncə Araz Abdullayevin cəzalandırılması ilə bağlı komanda üzvlərinə və futbolçulara məlumat verilib.

 

Qeyd edək ki, millimizin də üzvü olan Araz Abdullayev 57-ci dəqiqədə Samir Məsimovla əvəzlənərkən Arif Əsədova aşkar şəkildə narazılığını bildirmişdi.

0