Arda “Barselona”nın məşqində zədələndi
21.07.2015 - 13:17
Arda “Barselona”nın məşqində zədələndi

“Barselona”nın yeni transferi Arda Turan zədələnib. Apasport.az saytı xəbər verir ki, türkiyəli yarımmüdafiəçi məşq zamanı xəsarət alıb.

 

Sağ ayağından zədələnən Ardanın durumunun nə yerdə olduğu açıqlanmır. Təcrübəli futbolçu yaxın vaxtlarda tibbi müayinədən keçməlidi. Məhz bundan sonra onun zədəsinin ciddi olub-olmadığı aşkarlanacaq.

 

Qeyd edək ki, UEFA-nın tətbiq etdiyi sanksiyaya əsasən, Arda gələn il, yanvarın 1-nə qədər rəsmi oyunlarda “Barselona”nın formasını geyinə bilməz.