Arda Turan: Madrid derbisi gözəl olacaq
01.05.2014 - 01:49
Arda Turan: Madrid derbisi gözəl olacaq

 

 

“Çelsi”ni öz meydanında 3:1 hesabı ilə məğlub edərək Çempionlar Liqasının finalına yüksələn “Atletiko Madrid”in oyunçusu Arda Turan matçla bağlı şərh verib. Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin oyunçusu ona dua edən hər bir şəxsə təşəkkürünü bildirib: “Onlar üçün mübarizə aparıram. Ölkəmi təmsil edirəm. Bir türk kimi burada olmaq, finalda oynamaq çox gözəldir. Bu komanda hər şeyi edə biləcək gücdədir. “Çelsi” güclü komandadır, Mourinyo çox yaxşı məşqçidir. Amma onları keçə bildik. Topa başımla vurdum. Önümə düşəcəyini gözləmirdim. Önümə düşəndə isə qapıya vurdum. Madrid derbisi olacaq, çox gözəl final olacaq”.