Arda Turan: Mustafa Dənizlinin qiymətini sağlığında bilin
01.05.2014 - 16:07
Arda Turan: Mustafa Dənizlinin qiymətini sağlığında bilin

“Fatih Terim bizim Aleks Ferqyussonudur. Biz onun qiymətini sağlığında bilməliyik, öləndən sonra yox”. Apasport.az xəbər verir ki, bu sözləri “Atletiko”nun türkiyəli futbolçusu Arda Turan deyib.

 

Türkiyə millisinin üzvü Fatih Terim, Mustafa Dənizli və Şenol Günəşi ölkəsindəki digər məşqçilərə örnək göstərib: “Türkiyədə güclü məşqçilər var. Onlar televiziyada şərhçilik etməməlidirlər. Fatih Terim, Mustafa Dənizli və Şenol Günəş digər məşqçilərə dərs keçməlidirlər. Çünki bu məşqçilərin nəyə qadir olduqlarını bilirik. Onlar yeni güclü məşqçilər hazırlaya bilərlər”.