Arda Turanın agenti: “Barselona” mənimlə əlaqə saxlamayıb
10.06.2014 - 06:54
“Barselona”nın rəhbərliyi “Atletiko Madrid”in yarımmüdafiəçisi Arda Turanla maraqlanmayıb. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin oyunçusunun agenti Əhməd Bulud bildirib.
Bulud bəzi mətbuat orqanlarının onun adından çıxış etdiyini vurğulayıb: “Mən heç bir zaman “Barsa”nın Arda ilə bağlı mənimlə əlaqə saxladığını söyləməmişəm. Arda “Atletiko”da hər şeydən razıdır”.
Qeyd edək ki, Arda ötən mövsüm “Atletiko”nun tərkibində 39 oyun keçirib, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.
0
0