Ardıcıl 3-cü çempionluq
08.05.2014 - 08:03
Avropanın daha bir ölkəsində çempionun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Ludoqorets” Bolqarıstan çempionatının sonuna 2 tur qalmış 1-ci yeri təmin edib.
Final mərhələsinin X turunda Plovdiv “Lokomotiv”i 1:0 hesabı ilə məğlub edən Razqrad təmsilçisi MOİK-lə xal fərqini 8-də saxlayıb. Bu da komandanın ardıcıl 3-cü dəfə qızıl medalları qazanması üçün yetərli olub.
Qeyd edək ki, “Ludoqorets” Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb.
0
0