Argentina Aqueronu itirdi
27.06.2014 - 06:35
Argentina Aqueronu itirdi

 

Argentina millisinin hücumçusu Serxio Aquero dünya çempionatının oyunlarında komandasına kömək edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, futbolçu qrup mərhələsinin son oyununda zədələnib.

 

Əsas heyətdə matça çıxan Aquero 38-ci dəqiqədə əvəz edilib. Dünən isə məlum olub ki, 26 yaşlı hücumçu sol ombasından ciddi zədələnib. Həkimlər onun dünya çempionatının qalan oyunlarına çıxa bilməyəcəyini qeyd ediblər.