Argentina Futbol Federasiyasının prezidenti öldü
31.07.2014 - 02:21
Argentina Futbol Federasiyasının prezidenti öldü

 

Argentina Futbol Federasiyasının əvəzedilməz prezidenti Xulio Umberto Qrondono vəfat edib. Apasort.az saytının məlumatına görə, Qrondono 82 yaşında ürək tutmasından keçinib.

 

Xulio Umberto Qrondono Argentina millisinin dünya çempionu olduğu 1978-ci ildə federasiya prezidenti seçilib və 36 il bu postda olub. O, Argentinada diktatorluq dövründə prezident seçilib, sonradan demokratiyaya keçid zamanı da, Karlo Menem dövründə də, böyük böhran zamanı da postunda oturub. FİFA prezidenti Zepp Blatterin də yaxın dostu olan Qrondoneyə iqtidarlar mane ola bilməyib. Buna görə də onu “Xaç atası” filmindəki Don Karleno kimi “Don Qrondino” çağırırlarmış.

 

Qrondono onun uzun müddət Argentina Futbol Federasiyasının başqanı olmasından narazılıq edənlərə belə cavab verirmiş: “Ancaq ölüm məni prezident kreslosundan aralaya bilər”.

 

0