Argentina millisinin müdafiəçisi “Mançester Siti”yə keçdi
20.08.2015 - 13:42
“Valensiya” təcrübəli müdafiəçisi Nikolas Otamendi ilə yollarını ayırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Argentina millisinin üzvü karyerasını İngiltərədə davam etdirəcək.
28 yaşlı mərkəz müdafiəçisi “Mançester Siti” ilə anlaşıb. Təcrübəli oyunçu yeni komandası ilə 5 illik müqaviləyə qol çəkib. Yerli mətbuatın iddiasına görə, bu keçid “şəhərlilər”ə 45 milyon avroya başa gəlib.
Qeyd edək ki, Otamendi “Valensiya”ya ötən il “Porto”dan keçmişdi.
0
0