Argentina millisinin tarixində ən gec qol
02.07.2014 - 04:59
Argentina millisinin tarixində ən gec qol

Argentina millisinin hücumçusu Anxel di Mariyanın qolu yığmanın tarixində ən gec qol kimi tarixə düşüb. Apasport.az saytının məlumatına görə, di Mariya İsveçrəyə qarşı 1/8 final matçının 118-ci dəqiqəsində qol vurub.

 

Buna qədər Argentina millisinin ən gec qol rekordu Daniel Bertoniyə məxsus idi. O, 1978-ci il dünya çempionatının finalında Hollandiyanın qapısından 115-ci dəqiqədə qol keçirmişdi. O zaman Argentina 3:1 hesabı ilə qələbə qazanaraq dünya çempionu olmuşdu.