Argentinalı azarkeş matç zamanı öldü
02.07.2014 - 20:18
Argentinalı azarkeş matç zamanı öldü

 

Argentina millisinin azarkeşi İsveçrə ilə oyuna tamaşa edərkən keçinib. Apasport.az saytının məlumatına görə, azarkeşin elə meydandaca halı pisləşib.

 

64 yaşlı Antonio Ferreyranı elə arenanın yaxınlığındakı xəstəxanalardan birinə aparıblar. Amma həkimlərin səyinə baxmayaraq, azarkeşi xilas etmək mümkün olmayıb. Həkimlər ürək xəstəliyindən əziyyət çəkən Ferreyraya arterial hipotenziya (arterial təzyiqin kəskin düşməsi) diaqnozu qoyublar.

 

Qeyd edək ki, Argentina millisi bu oyunda qalib gəlib və 1/4 finala yüksəlib. Yeganə qolu 118-ci dəqiqədə Anxel di Mariya vurub.