Arif Əsədov: Komandamın oyunundan razıyam
06.02.2015 - 18:29
Arif Əsədov: Komandamın oyunundan razıyam

“AZAL-a məğlub olduqdan sonra, meydançaya qələbə üçün çıxmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

O, Topaz Premyer Liqasının XX turunun “Simurq”la oyunu haqda fikirlərini açıqlayıb: “Birinci hissədə qol epizodlarımız oldu, amma istifadə edə bilmədik. İkinci hissədə "Simurq" daha qapalı oynadı. Düzdür, məqsədimiz qələbə qazanmaq idi. Lakin 1 xalla kifayətləndik. Buna baxmayaraq, komandamın oyunundan razıyam”. 

 

Qeyd edək ki, “Neftçi” – “Simurq” oyunu 0:0 hesabı ilə başa çatıb.