Arsen Venger: Bir nömrəli namizəd "Çelsi"di
13.04.2015 - 08:54
Arsen Venger: Bir nömrəli namizəd "Çelsi"di

“Çempionluq mübarizəsində heç nə dəyişməyib. “Çelsi” əvvəlki kimi qızıl medallara bir nömrəli namizəddi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Arsen Venger deyib.

 

Premyer Liqadakı çempionluq mübarizəsindən danışan fransalı çalışdırıcı komandasının çıxışından razılığını dilə gətirib. Bununla belə, o, çempionluğa “Çelsi”nin daha yaxın olduğunu etiraf edib: “Titul qazanmaq üçün qalan bütün oyunlarımızı qələbə ilə başa çatdırmalıyıq. Ancaq vəziyyəti dəyişmək hüququ bizdə deyil. Hər şey “Çelsi”nin əlindədi. Odu ki, çempionluğa bir nömrəli namizəd “Çelsi”ni sayıram. Buna baxmayaraq, təslim olmaq fikrində deyilik. Komanda bütün gücünü meydanda qoyur və əla oyun sərgiləyir. Son 18 matçın 16-da qələbə qazanmışıq. Bu tempdə davam etməliyik”.

 

Qeyd edək ki, İngiltərə çempionatının geridəqalan 32 turundan sonra 66 xal toplayan “Arsenal” ikinci pillədə qərarlaşıb. 

0