Asif Məmmədov: Bizə daha güclü rəqib düşdü
23.06.2014 - 16:00
Asif Məmmədov: Bizə daha güclü rəqib düşdü

“MKT Araz”ın heyətində “Tiraspol”a qarşı oynamışdım. Həmin vaxt bu komandanın heyətində daha çox gənc futbolçular yer almışdı”. Bunu apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun yarımmüdafiəçisi Asif Məmmədov deyib.

 

Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələcəkləri Moldovanın “Tiraspol” haqqında danışan Məmmədov bildirib ki, bu rəqibə qarşı keçmişdə oynasa da, indiki komandanı təhlil etmək lazımdır: “Nə olsun ki, mən bu komandaya qarşı keçmişdə oynamışam? İndi heyətləri çox fərqlidir. Ona görə də təhlil edib, fikir bildirmək lazımdır. Yəqin ki, baş məşqçimiz Kaxaber Sxadadze bu gündən etibarən Moldova klubunun oyunlarını izləyəcək. Biz də onların oyununa uyğun hazırlıqlarımızı davam etdirəcəyik. Artıq Avroliqada uğur qazanmağın vaxtıdır”.

 

Yarımmüdafiəçinin fikrincə, komandası heç də zəif rəqiblə qarşılaşmayacaq: “İndi zəif komanda yoxdu. Bizə daha güclü rəqib düşüb. Amma nə edə bilərik? “Tiraspol” haqqında daha yaxşı məlumat toplamalıyıq”.