Autsayderin həsrəti bitdi
08.05.2014 - 10:34
Topaz Premyer Liqasının XXXIV turunda “Rəvan”ın qələbə həsrəti sona çatıb. Apasport.az saytının məlumatına görə, “Simurq”la mataçdək sonuncu pillədə qərarlaşan autsayder 1:0 hesabı ilə qalib gəlib.
Bununla da Güvənc Kurtarın yetirmələri 8 oyunluq qələbəsizliyə son qoyub. Bakılılar sonuncu dəfə XXV turun “Xəzər Lənkəran”la ev oyununda qalib gəlmişdi. Martın 8-dəki həmin 2:1 hesablı qələbədən sonra “Rəvan” 60 gün gözləməli oldu.
Qeyd edək ki, “Rəvan” qələbə sayəsində sonuncu pilləni tərk edib.
0
0