AVRO-2016: Azərbaycanı kim təmsil edəcək?
21.02.2014 - 15:15
AVRO-2016: Azərbaycanı kim təmsil edəcək?

AVRO-2016-nın seçmə mərhələsinin püşkatmasında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, fevralın 23-də Fransanın Nitsa şəhərindəki "Akropolis" konfrans sarayında baş tutacaq tədbirdə ölkəmizi 2 nəfər təmsil edəcək.

 

Bunlar AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqtsdur. Hazırda Almaniyada olan mütəxəssis Fransaya birbaşa oradan gələcək.

 

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.