Avrokuboklara yeni məşqçi ilə
19.08.2015 - 07:50
Avrokuboklara yeni məşqçi ilə

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Rəvan”ın U-19 komandasında baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Füzuli Məmmədovun istefasından sonra qısa müddətə Anar Vəliyevə həvalə olunan posta Zamin Əsədullayev təyin edilib.

Vəliyev isə "Rəvan”ın əvəzedicilərdən ibarət komandasına rəhbərlik edəcək.

Qeyd edək ki, UEFA-nın məşqçilər üçün A kateqoriyalı lisenziyasına malik Əsədullayevin sonuncu iş yeri AZAL-ın U-19 komandası olub. 36 yaşlı mütəxəssis vaxtilə Azərbaycanın qızlardan ibarət U-17 və U-19 milli komandalarında baş məşqçi vəzifəsində çalışıb.