Avrokubokların reqlamentində dəyişiklik
17.02.2015 - 18:45
Avrokubokların reqlamentində dəyişiklik

UEFA avrokubokların reqlamenti ilə bağlı dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, qurum “Fair Play” reytinqi sayəsində Avropa Liqasında iştirak hüququ verilməsini dayandırır.

 

İndiki qaydalara əsasən reytinqdə ilk 3 pillədə qərarlaşan ölkələrin hərəsinə qitə kuboklarında əlavə bir yer verilir. Lakin bu qayda sonuncu dəfə qarşıdakı mövsümdə keçərli olacaq.

 

Çünki 2015/16 mövsümündən etibarən “Fair Play” reytinqin 3 müxtəlif cədvəldə əks olunacaq. Burada ümumi reytinq, ən çox irəliləyişə nail olanlar və azarkeşlərin davranışı üzrə cədvəllərdi. Hər göstərici üzrə liderlər mükafatlandırılacaq. Lakin onlar 2016/17 mövsümündə Avropa liqasına vəsiqə almayacaq. Əvəzində ən yaxşılara öz büdcələrini zənginləşdirəcək. Reytinqlərin qaliblərinə veriləcək mükafatların məbləği hələ dəqiqləşməyib. Amma bu məbləğ onların “Fair Play”ə əməl etməyə stimullaşdırmalıdı.