Avropa Superkubokunun qalibi bütün mükafatlarını auksiona çıxardı
13.08.2015 - 20:35
Müflis olaraq İtaliya həvəskarlar liqasına göndərilən “Parma” klubu tarixini satışa çıxarıb. Aapasport.az saytının “Football İtalia”ya istinadən məlumatına görə, klub “Parma” ticarət markasını, klubun bütün inventarını, audio və video arxivini və eləcə də bu zamana kimi qazandığı bütün kubokları bir internet saytı vasitəsilə auksiona çıxarıb.
Bu barədə sayta klub rəhbərliyindən məlumat verilib.
Qeyd edək ki, auksiona çıxarılanlar arasında qazanılmış 3 İtaliya kuboku, 2 UEFA kuboku, Avropa Superkuboku, İtaliya Superkuboku və Kubok Qalibləri Kuboku da var.
0
0