Avstriya Azərbaycanla oyuna 3 hücumçu çağırdı
30.09.2015 - 10:26
Avstriya Azərbaycanla oyuna 3 hücumçu çağırdı

21 yaşadək futbolçulardan AVRO-2017-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Avstriya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, rəqibimizin baş məşqçisi Verner Qreqoriç oktyabrda baş tutacaq qarşılaşmalara 23 futbolçu çağırıb.

 

Oktyabrın 9-da Azərbaycan millisini, 4 gün sonra Finlandiyanı qəbul edəcək avstriyalılar bu görüşlərə cəmi 3 hücumçuya güvənəcək. Zədəli Valentino Lazaro və Kristian Qartnerin xidmətindən məhrum olan çalışdırıcısı ilk dəfə Andreas Qruberə dəvət göndərib. 

 

Qeyd edək ki, Azərbaycan və Avstriya yığmaları arasında sentyabrın 4-də Bakıda baş tutan qarşılaşmada qonaqlar 2:0 hesabı ilə qalib gəlib.

 

Qapıçılar: Daniel Bahman (“Stok Siti”, İngiltərə), Markus Kaster (“Mattersburq”), İvan Lukiç (“Bavariya”, Almaniya)

Müdafiəçilər: Lukas Quqqaniq (“Frankfurt”, Almaniya), Lukas Jaqer (“Altax”), Filipp Lienhart (“Real” Madrid, İspaniya), Kristof Martçinko (“Austriya”), Fillipp Mvene (“Ştutqart”, Almaniya), Filipp Poş (“Admira Vakker”), Ylli Sallahi (“Karlsre”, Almaniya), Kristian Şoyssenqeyr (“Şturm”), Patrik Vesseli (“Admira Vakker”), Sebastyan Vimmer (“Volfsburq”, Almaniya)

Yarımmüdafiəçilər: Nikola Dovedan (LASK), Andreas Qruber (“Şturm”), Martin Rasner (“Qrodiq”), Tarkan Serbest (“Austriya”), Luis Şaub (“Rapid”), Alessandro Şopf (“Nürnberq”, Almaniya), Dominik Vidra (“Paderborn”, Almaniya)

Hücumçular: Kevin Friesenbixler (“Austriya”), Mixael Qreqoriç (“Hamburq”, Almaniya), Florian Qrilliç (“Verder”, Almaniya)