Ayaz Mehdiyev “Girəsunspor”a yenə lazım olmadı
21.09.2014 - 00:25
Türkiyə PTT I Liqasında III turun növbəti oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, yay “transfer pəncərəsi”ndə “Girəsunspor”a keçən Ayaz Mehdiyevin komadası səfərdə meydana çıxıb.
Belə ki, Girəsun təmsilçisi “Bucaspor”la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu görüşdə Ayaz yenə “18-liy”ə daxil edilməyib.
Qeyd edək ki, aktivində 2 xalı olan “Girəsunspor” 15-ci pillədə yer alır.
0
0