Ayaz Mehdiyev debüt etdi, komandası növbəti mərhələyə adladı
25.09.2014 - 01:10
Ayaz Mehdiyev debüt etdi, komandası növbəti mərhələyə adladı

Türkiyə kubokunda II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin heyətində çıxış edən “Girəsunspor" səfərdə “Sakaryaspor"la üz-üzə gəlib.

 

Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qapılara qol vurulmadığından qalibin adına penalti seriyasında aydınlıq gəlib. Burda isə təmsilçimizin komandası 7:6 hesablı (ümumi hesab 9:8) qələbəyə sevinib.

 

Qeyd edək ki, PTT I liqasının ilk 3 turunda yeni komandasında debüt etməyən Ayaz oyunun 70-ci dəqiqəsində Əbduləziz Solmazın yerinə meydana daxil olub. O, komandasının 9-cu penaltisini vurub. Lakin Mehdiyevin zərbəsi dəqiq olmayıb.