AZAL-a polşalı futbolçu gəldi
04.07.2014 - 17:42
AZAL-a polşalı futbolçu gəldi

Növbəti mövsümə hazırlaşan AZAL baxışa yeni futbolçu dəvət edib. Bu barədə apasport.az saytına “təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov məlumat verib.

 

O bildirib ki, yeni futbolçu polşalı Mateuş Staporskidir. 26 yaşlı yarımmüdafiəçi artıq komanda ilə birlikdə məşqlərə qoşulub. Əhmədov onun haqqında yoxlama oyunlarından sonra qərar verəcəyini deyib.