AZAL-dan “Çernomorets”ə
27.07.2015 - 08:00
AZAL-dan “Çernomorets”ə

AZAL-ın sabiq futbolçusu Valeri Kutsenko özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı ukraynalı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.

 

Kutsenko Odessanın “Çernomorets” klubu ilə anlaşıb. 2015-ci ilin yanvarında AZAL-a transfer olunan ukraynalı yarım mövsüm çıxış etdikdən sonra vətəninə qayıdıb.

 

Qeyd edək ki, Kutsenko Premyer Liqada 14 oyun keçirib, 2 qol vurub.