AZAL-ın braziliyalısı üçün mövsüm erkən bitdi
04.02.2015 - 20:01
AZAL-ın braziliyalısı üçün mövsüm erkən bitdi

AZAL-ın heyətində ciddi itki baş verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “təyyarəçilər”in futbolçusu Eduardo Konseysao Masiel zədələnib.

 

Braziliyalı legioner XIX turda əvəzedici komandanın heyətində “Neftçi”yə qarşı görüşdə sıradan çıxıb. Həmin matçda hesabı açan Edu ikinci yarının əvvəlində meydanı xərəkdə tərk edib. MRT müayinəsindən sonra onun sağ dizinin ön çarpaz bağlarında tam qopma aşkarlanıb. Bu isə braziliyalının mövsümü başa vurması deməkdi.

 

Yaxın günlərdə Eduardo Konseysao əməliyyat olunmaq üçün Türkiyəyə getməli olacaq.