Moldova millisi dünya çempionatına qədərki dövr ərzində sonuncu yoxlama oyununu Kamerunun paytaxtı Yaundedə yerli yığmaya qarşı keçirib. Apasport.az saytının məlumatına görə, mundial iştirakçısı rəqibini minimal hesabla məğlub edib.
Görüşdə yeganə qolu “Bakı”nın prezidenti Hafiz Məmmədovun sahibi olduğu “Lans”da icarə əsasında çıxış edən yarımmüdafiəçi Edqar Salli vurub. O, 30-cu dəqiqədə AZAL-ın maraq dairəsində olan Moldova yığmasının qapıçısı Stanislav Namaşkonun qapısından keçirib. 27 yaşlı qolkiper fasilədə Rumıniyanın “Çahleul” komandasının üzvü Nikolay Kalança ilə əvəzlənib.
Qeyd edək ki, Nikolay Kalança Yunis Hüseynovun vaxtında “Xəzər Lənkəran”da baxışda olmaq üçün ölkəmizə gəlmişdi. Ancaq Hüseynov bu qolkiperi bəyənməmişdi.
AZAL-ın istədiyi futbolçu Kamerun millisinə qarşı oynadı
09.06.2014 - 17:43
0
0