AZAL-ın sabiq futbolçusu 3-cü liqada
27.08.2015 - 14:07
AZAL-ın sabiq futbolçusu 3-cü liqada

AZAL-ın sabiq futbolçusu Luis Ramos özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi karyerasını Macarıstanda davam etdirəcək.

 

O, bu ölkənin “Nyireqihaza” klubuna keçib. Bu komanda ölkə çempionatının 3-cü liqasında çıxış edir. 2007-09-cu illərdə də bu klubda çıxış edən Ramos heyətində iki dəfə ölkə çempionluğu qazandığı “Debretsen”ə bu komandadan keçib. O, legioner karyerasının 6 ilini Macarıstanda keçirib.

 

Qeyd edək ki, Ramos Topaz Premyer Liqasında 9 matç keçirib.