AZAL – “Qəbələ” oyununun yeri dəyişdirildi
13.08.2015 - 14:38
Topaz Premyer Liqasının II turun AZAL – “Qəbələ” matçının keçirilmə yeri dəyişdirilib. Apasport.az saytının məlumatına görə, “AZAL Arena”da keçirilməli olan matç “Dalğa Arena”da baş tutacaq.
Buna səbəb AZAL-a məxsus stadionda süni ot örtüyündə aparılan yenilənmə işləridi.
II tur
15 avqust (şənbə)
21:00. AZAL – “Qəbələ”
“Dalğa Arena”
0
0