AZAL “İnter”lə oyuna hazırlaşır
24.09.2014 - 20:19
AZAL Topaz Premyer Liqasının VII turu çərçivəsində “İnter” ilə qarşılaşacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda şənbə günü keçiriləcək oyuna hazırlığını davam etdirir.
Həftənin əvvəlindən başlayan məşqlər “AZAL Arena”da baş tutur. Məşqçi heyəti futbolçuların həm fiziki, həm də taktiki-texniki hazırlığını yüksəltmək üzərində işləyir. Bu gündən başlayaraq gündə 1 məşq olacaq. Düşərgədə zədəli futbolçunun olmaması baş məşqçi Tərlan Əhmədovu sevindirən məqamlardandır.
0
0