AZAL “Rəvan”ın müdafiəçisini icarəyə götürdü
18.06.2014 - 09:58
Yeni mövsümə hazırlaşan AZAL heyəti gücləndirməkdə davam edir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bakı təmsilçisi artıq yay “transfer pəncərəsi” dövründə 4-cü keçidini rəsmiləşdirib.
Buna qədər Asif Mirili, Eltun Yaqublu və Təmkin Xəlilzadəni rənglərinə bağlayan “təyyarəçilər” bu dəfə Novruz Məmmədovu sıralarına qatıb. Müqavilə ilə “Rəvan”a məxsus olan müdafiəçi 1 illiyə icarəyə götürülüb.
Qeyd edək ki, son mövsümü axırıncı yerdə bitirən “Rəvan” yeni ildən I divizionda oynayacaq.
0
0