AZAL-ın təlim-məşq toplanışı planı müəyyənləşib. Bu haqda apasport.az saytına klubun vitse-prezidenti Fikrət Hüseynov deyib.
Onun sözlərinə görə, ayın 16-da bir araya gələcək komanda üzvləri 19-dək tibbi müayinədən keçəcək. “Təyyarəçilər” iyunun 21-dən 29-dək Şüvəlanda dəniz kənarında fiziki təmrinlərdən ibarət məşqlərdə iştirak edəcək.
AZAL iyunun 30-dan iyulun 12-dək yoxlama oyunlarında qüvvəsini sınayacaq. Bakıda keçiriləcək bu görüşlər zamanı AZAL-a 20-yə yaxın legionerin baxışa gələcəyi gözlənilir. Komanda iyulun 17-si ölkə xaricinə - Boluya gedəcək. İyulun son gününə kimi Türkiyədə hazırlıq keçəcək paytaxt təmsilçisi 4-5 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırıb.