AZAL ilk transferini reallaşdırdı
09.06.2014 - 11:47
AZAL ilk transferini reallaşdırdı

Növbəti mövsümün hazırlıqlarını davam etdirən AZAL ilk transferini həyata keçirib. Apasport.az xəbər verir ki, “təyyarəçilər” “İnter”dən ayrılan gənc yarımmüdafiəçi Asif Mirilini transfer edib. Onunla 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Asif Mirili indiyə qədər yalnız “İnter” və “Simurq”da oynayıb.